İdman

gimnastikadan

başlayır

Milli gimnastika arenası gimnastika növləri üzrə növbəti birgə yarış keçiriləcək

Milli gimnastika arenası gimnastika növləri üzrə növbəti birgə yarış keçiriləcək

Yarış haqqında

Yayın son ayının ilk günləri – daha dəqiq 6-7 avqust tarixlərində Azərbaycan Gimnastika Federasiyası tərəfindən gimnastika növləri - idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarış təşkil olunacaq. Bədii gimnastika üzrə Azərbaycan və Avropa Çempionatlarının müvəffəqiyyətlə keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına təsnifat turniri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunacaq. 

Ötən illərdən fərqli olaraq, bu dəfə üçlü yarış daha da genişlənərək dörd növ üzrə keçiriləcək. Bu yarışlarda qadın idman gimnastikasının nümayəndələri, komandanın lideri, AVRO-2014-ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına paralel qollarda “uçuş”lar, tir üzərində “döngə”lər, həmçinin dayaqla tullanma və sərbəst hərəkətlərdə öz ustalıqlarını nümayiş etdirəcək.

Bu yarışlarda ümumi 80 idmançı iştirak edəcək. Onlar 4 idman cəmiyyətini – Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Litseyi, Nizami rayonu İdman Məktəbi və “Neftçi” cəmiyyətini təmsil edəcəklər. 

Yarışın ilk gününün səhər və gündüz sessiyalarında yunior idman gimnastları, akrobatlar və tamblinqçilər çıxış edəcək, axşama doğru isə ölkə çempionunun adı qadın idman gimnastları arasında səslənəcək. Böyüklər - qızıl medala əsas namizədlər sayılan Oleq Stepko və Petr Paxnyuk, o cümlədən akrobatlar və tamblinqçilər arasında çempionlar yarışın ikinci günü bəlli olacaq. 

Həmçinin, fasilələr zamanı batut üzrə və ilk dəfə olaraq aerobika üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə öz ustalıqlarını nümayiş etdirəcəklər. 

Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Onlar – Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin 2 üzvü – xorvatiyalı Mario Vukoya və rusiyalı Dmitriy Andreyev, həmçinin Gürcüstan Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Belarus Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov və Qazaxıstanın Astana Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kimdir. 

Azərbaycan Gimnastika Federasiyası hər iki yarış gününü açıq elan etməkdən məmnunluq duyaraq, idman həvəskarlarını yenidən Milli Gimnastika Arenasına dəvət edir. (Giriş sərbəstdir)

Yarışların başlama vaxtı: saat 09:00 (6 avqust) və 09:30 (7 avqust)

Keçirildiyi yer: Milli Gimnastika Arenası

Ünvan: Heydər Əliyev prospekti 108

Gediş: "Koroğlu" metrostansiyası

Yarışların nəticələri. İdman gimnastikası. Balacalar 
Yarışların nəticələri. İdman gimnastikası. Yeniyetmələr 
Yarışların nəticələri. Qadın idman gimnastikası 
Yarışların nəticələri. İdman gimnastikası. 2-ci gənclər dərəcəsi 
Yarışların nəticələri. İdman gimnastikası. Uşağlar 
Yarışların nəticələri. İdman gimnastikası. İdman ustalığına namizəd 
Yarışların nəticələri. İdman gimnastikası. İdman ustası 
Yarışların nəticələri. Tamblinq. Balacalar 
Yarışların nəticələri. Tamblinq. Yeniyetmələr 
Yarışların nəticələri. Tamblinq. Gənclər 
Yarışların nəticələri. Tamblinq. Böyüklər 
Yarışların nəticələri. Akrobatika gimnastikası

 

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

9.00–11.30

İdman gimnastikası, kişilər (yeniyetmələr və balacalar, 3 növ)

11.30–11.50

Fasilə

11.50–14.20

İdman gimnastikası, kişilər (yeniyetmələr və balacalar, 3 növ)

14.20–14.50

Yarışların açılış və mükafatlandırma mərasimi (idman gimnastikası, yeniyetmələr/balacalar)

14.50–15.30

Fasilə

15.30–16.00

Tamblinq (salto və vint hərəkətləri, balacalar)

16.00-16.45

Tamblinq (salto və vint hərəkətləri, yeniyetmələr)

16.00-16.45

Tamblinq (salto və vint hərəkətləri, yeniyetmələr)

16.45-17.00

Fasilə

17.00-17.30

Batutda nümunəvi çıxışlar

17.30-18.20

Tamblinq (salto və vint hərəkətləri, böyüklər və gənclər)

18.20-19.00

Akrobatika gimnastikası (balans və qarışıq hərəkətləri, böyüklər/gənclər)

19.00-19.10

Fasilə

19.10-20.00

Akrobatika gimnastikası, (balans və qarışıq hərəkətləri, gənclər)

20.00-20.15

Fasilə

20.15-21.30

İdman gimnastikası, qadınlar

21.30

Mükafatlandırma mərasimi (idman gimnastikası, qadınlar)

 

07.08.2014

9.30–12.00

İdman gimnastikası, kişilər (uşaqlar və 2-ci gənclər dərəcəsi)

12.00–12.10

Fasilə

12.10–12.30

Tamblinq (qarışıq hərəkətləri, balacalar)

12.30–12.55

Tamblinq (qarışıq hərəkətləri, yeniyetmələr)

12.55–13.10

Mükafatlandırma mərasimi)

(idman gimnastikası, uşaqlar/2-ci gənclər dərəcəsi və tamblinq, balacalar/yeniyetmələr)

13.10–14.00

Fasilə

14.00-16.40

İdman gimnastikası, kişilər (böyüklər və gənclər)

16.40-17.00

Mükafatlandırma mərasimi (idman gimnastikası, böyüklər və gənclər) və fasilə

17.00-17.30

Batutda nümunəvi çıxışlar

17.30-18.20

Akrobatika gimnastikası, (templi hərəkətlər, böyüklər/gənclər)

18.20-18.30

Fasilə

18.30-19.00

Tamblinq (qarışıq hərəkətləri, böyüklər və gənclər)

19.00

Aerobika (nümünəvi çıxışlar)

və mükafatlandırma mərasimi (akrobatika gimnastikası, böyüklər/gənclər və tamblinq, böyüklər/gənclər)

İştirakçılar

İştirakçılar

Tamblinq

Abdulla Valid Kazım İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Allahverdiyev Zaur Samir oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əhmədova Ləman İlqar gızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əliyev Eyyub Vüqar oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əliyev Tofiq Valeh oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əlizadə Murad Asif oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Hacizadə Adil Vüqar oğlu “Neftçi İdman Klubu” İctimai Birliyi
Hacizadə Adil Vüqar oğlu “Neftçi İdman Klubu” İctimai Birliyi
Həsənov Azad Azad oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Həsənov Əli İlham oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Hüseynli Emil Eldəniz oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Malkin Mixail Oleqoviç İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Məmmədov İbrahim Abbasəli oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Mustafayev Fərid Adil oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Nuhov Zahid Abid oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Qasımlı Zeynəb Səfiyar qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Qurbanov Bilal Murtuza oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rzayev Hafiz Kamil oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Səfi Xəlilov Elşən oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Səlimov Səid Tahir oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Usubov Nihad Ramin oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi

Qadın idman gimnastikası

Bolşova Anastasiya Pavlovna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi
İnşina Yuliya Andreyevna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi
Nekrasova Marina Nikolayevna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi
Pavlova Anna Anatolyevna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi
Smirnova Mariya Andreyevna "Ocaq Sport İdman Klubu" İctimai Birliyi

İdman gimnastikası

Ağarzayev Murad Böyük-ağa oğlu Respublika Olimpiya İdman Liseyi
Babayev Cavidan Ilqar oğlu Respublika Olimpiya İdman Liseyi
Dəmirov Ramin Tofiq oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əhmədov Elgün Nizami oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əhmədzade Rəsul Rüfət oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əliyev Mirhəsən Mirhəmid oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əliyev Sərvər Məzahir oğlu Respublika Olimpiya İdman Liseyi
Əlizadə Aydın Mehman oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Eyvazzadə Renat Vaqif oğlu Respublika Olimpiya İdman Liseyi
Əzimov Fərid Mübariz oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Hənifəzadə Murad İlqar oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Həsənli Ibrahim Mərdan oğlu Respublika Olimpiya İdman Liseyi
Həsənov Anar Niyaməddin oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Lisaqor Maksim Andreyeviç Respublika Olimpiya İdman Liseyi
Orucov Rafiq Abbas oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rəfiyev Murad Ilqar oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rəhimli Məhəmməd Vüqar oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rüstəmov Elmir İlham oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Xəlilbəyli Uğur İntiqam oğlu “Sərhədçi” İdman Olimpiya Mərkəzi
Xəlilov Əli İlyas oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi

Akrobatika gimnastikası

Cabbarlı Nurcan Elbəy qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Əlibəyov Elçin Allahverdi oğlu “Neftçi İdman Klubu” İctimai Birliyi
Əsgərzadə Səmra Qulu “Neftçi İdman Klubu” İctimai Birliyi
Gülməmmədli Emin Əkbər oğlu “Neftçi İdman Klubu” İctimai Birliyi
Hüseynova Aynur Rauf qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Hüseynova Lalə Yaşar qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
İbrahimov Bəxtiyar Rövşən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Nəcəfli Lamiyə Ramiz qızı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Quliyeva Əzizə Habil qızı “Neftçi İdman Klubu” İctimai Birliyi
Qurbanlı Ruhidil Nəsimi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Ramazanova Nərmin Nazim qızı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rəhimov Aqasif Vəli oğlu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika İdman Məktəbi
Rizayeva Zamirə Rufat qızı “Neftçi İdman Klubu” İctimai Birliyi
Rufullayeva Fatimə Vüqar qızı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Zakiryaeva Ayla Fuad “Neftçi İdman Klubu” İctimai Birliyi
Zeynalzadə Ləman Fuad qızı “Neftçi İdman Klubu” İctimai Birliyi

Nəticələr