Yerli yarışlar mövsümü davam edir.
28 fevral-1 mart tarixlərində Milli Gimnastika Arenasında “Kişi idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu Bakı çempionatı və ölkə birinciliyi” keçiriləcək.
Yarışda həm qadın, həm də kişi idmançılar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Dünya kuboku öncəsi bu yarışda hər bir idmançıya uğurlar arzu edirik.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr.,178
Keçid: “Koroğlu” metro stansiyası