İdman
gimnastikadan
başlayır
İdman gimnastlarının mübarizəsi başlayır!
2 və 3 oktyabr tarixlərində Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə 10-cu ölkə çempionatı keçiriləcək. Ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar ölkə çempionu adı uğrunda mübarizə aparacaqlar. Çempionat çərçivəsində gimnastlar müxtəlif alətlərdə öz bacarıqlarını nümayiş etdirəcək, müxtəlif yaş kateqoriyalarında qaliblər və mükafatçılar müəyyənləşəcək.
Gimnastların həyəcan dolu mübarizəsini canlı izləmək və yarış atmosferini yaxından hiss etmək fürsətini qaçırmayın!
Giriş sərbəstdir!
Tarix: 2 və 3 oktyabr
Məkan: Milli Gimnastika Arenası (Köməkçi zal)