İdman

gimnastikadan

başlayır

Yeni il Şousu - “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri”

Yeni il Şousu - “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri”

Yarış haqqında

Azərbaycan Gimnastika Federasiyası həmişə olduğu kimi bu il də tamaşaçılara çox maraqlı və gözoxşayan bir Yeni İl şousu vəd edir.

Artıq hər kəsin səbirsizliklə gözlədiyi bu şou isə “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır. 

Şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edir.

Gimnastika növləri üzrə yığma komandaların üzvlərinin canlandıracağı hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı o, sehr və çevikliyi öyrənmək üçün Sehrli Gimnastika Arenasına qəbul edildiyi zaman tamamilə dəyişir. Tarik və onun Arenada tanış olduğu etibarlı dostları Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyir. Sonda isə onlar anlayacaqlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü – dostluğun gücüdür.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edəcək xoş musiqilər və şou iştirakçılarının çox maraqlı nümayişləri sizi Tarik Gimmasterin sehr və ovsun dolu aləminə səyahət etdirəcək.

Hər kəsə yaxşı tanış olan Tarik və onun dostlarının sərgüzəştlərini qaçırmamaq üçün 24 dekabrda Sehrli Gimnastika Arenasına, daha doğrusu Milli Gimnastika Arenasına tələsin.

Şouya biletləri arenanın kassasından və onlayn (https://ticketing.mga.az/az/competition/76/#/buyticket)  əldə edə bilərsiniz. Biletlərin qiyməti 15, 20, 25 və 30 manat təşkil edir.

 

Başlama vaxtı: 18:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

Proqram

İştirakçılar

Nəticələr