İdman

gimnastikadan

başlayır

“Soyuq ürək” adlı Yeni il şousu

“Soyuq ürək” adlı Yeni il şousu

Yarış haqqında

Əziz dostlar,
Yeni il möcüzələr bayramıdır. Bütün dünyada hər kəs bu bayramı yeni ümidlər və arzularla qarşılayır. Bu günü hamıdan çox gözləyən isə əlbəttə ki, balacalardır. 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Gimnastika Federasiyası uşaqları sevindirməyə qərar verib. 
Dekabrın 23-də Milli Gimnastika Arenasında keçiriləcək “Soyuq ürək” adlı əyləncəli Yeni il şousu zamanı əsl möcüzəvi bayram abu-havası yaşanacaq.  
Şou zamanı izləyicilər sehrli gimnastika macərasına qərq olacaqlar. Tamaşaçılar bu aləmə balacaların sevimli qəhrəmanları, iki bacı - Elza və Anna, eləcə də onların sadiq dostları - pozitivliyi ilə seçilən qar adamı Olaf, cəsur Kristof və maral Svenlə birgə səyahət edəcəklər. 
Həqiqət axtarışına gedən yolda dostluq, xeyirxahlıq və dürüstlüyün həmişə qalib gəldiyini başa düşmək üçün şounun qəhrəmanları müxtəlif maneələrlə qarşılaşmalı olacaqlar!
Bu şounun iştirakçıları öz izləyicilərinə ən unudulmaz və həyəcanlı anlar yaşatmaq üçün böyük həvəslə hazırlaşırlar.
Əziz gimnastikasevərlər, Sizi Milli Gimnastika Arenasında gözləyəcəyik!
Şouya biletləri itickets.az saytından əldə etməyə tələsin!
Biletlərin qiyməti yerlərdən asılı olaraq 10, 15 və 20 manat təşkil edir. 
Başlama vaxtı: 17:30
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
 

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr