İdman

gimnastikadan

başlayır

''Grace of Nature'' bədii gimnastika üzrə turniri

''Grace of Nature'' bədii gimnastika üzrə turniri

Yarış haqqında

Yeni yarış mövsümünə Quba şəhərində start veriləcək! Sentyabrın 24-dən 26-dək Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri baş tutacaq. 3 gün davam edəcək yarışlarda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyən olunacaq. Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edəcəklər. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər. Bu isə yarışlara xüsusi maraq qatacaq. "Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır! Azərbaycanın gözəl guşələrindən sayılan Quba şəhəri bədii gimnastika üzrə yarışlara ev sahibliyi etməklə yenidən idmansevərləri bir araya gətirəcək! Zərif və eyni zamanda mürəkkəb hərəkətləri özündə birləşdirən bu idman növünü canlı izləmək fürsətini qaçırmayın!
Kompleksə giriş sərbəstdir.
Ünvan: Quba Olimpiya İdman Kompleksi
Quba - Bakı magistralı, 4-cü km
Quba, Azərbaycan

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr