İdman

gimnastikadan

başlayır

Tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi və Batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi

Tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi və Batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi

Yarış haqqında

Yerli yarışların növbəti iştirakçıları tamblinq və batut gimnastikasının təmsilçiləri olacaq.

Belə ki, 8 və 9 noyabr tarixlərində tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi, həmçinin batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi keçiriləcək.

Digər yarışlardan fərqli olaraq, tamblinqçilər və batutçular ayrı-ayrı məkanlarda yarışacaqlar. Tamblinq yarışları noyabrın 8-i Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarışlar isə noyabrın 9-u Bakı Olimpiya İdman Kompleksində baş tutacaq.

Tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” İdman Klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparacaqlar.

Batut gimnastikası üzrə turnirdə isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” İdman Klubunu təmsil edəcəklər.

Bu yarışlarda ilk dəfə olaraq Qaxdan olan gimnastlar da iştirak edərək, öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.

 

Tamblinq üzrə 17-ci Azərbaycan Çempionatı və Birinciliyi

Yarışların başlama vaxtı: 12:00

Məkan: Bakı Gimnastika Məktəbi

Ünvan: Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 52

 

Batut gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatı və Birinciliyi

Yarışların başlama vaxtı: 12:00

Məkan: Bakı Olimpiya İdman Kompleksi

Ünvan: Nərimanov rayonu, Olimpiya küçəsi, 13

Telefon: (+994 12/51) 566-96-99

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar