İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

Yarış haqqında

Bədii gimnastika üzrə Dünya Çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edəcək.

Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar. Belə ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunacaq.

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Aerobika gimnastları isə “böyüklər”, “gənclər”,  “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Turnirə biletləri Arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/competition/72/#/buyticket) əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-12 oktyabr tarixlərinə 6 manat, 13 oktyabr tarixinə isə 8 manat təşkil edir.

Yarışların başlama vaxtı: 12:00

Məkan: Milli Gimnastika Arenası

Telefon: (+994 12/51) 566-96-99

Ünvan: Bakı, H.Əliyev pr., 178

Keçid: “Koroğlu” metro stansiyası

Faydalı məlumatlar

Şirkət Telefon Min. məbləğ
Uber Google Play, App Store 1.60 AZN
Ailə Taksi *8555 2.40 AZN
Maxim *2111 1.00 AZN
Salam Taksi *9933 1.80 AZN
Bolt (Taxify) Google Play, App Store 1.50 AZN
Xanımların xətti 149
Ulduz Taxi *5000 1.00 AZN
Taxi 158 158 2.20 AZN
Zərif Taksi *7177 3.00 AZN
Alo Taxi *1050 1.50 AZN
Bakı Taksi Xidməti 1414 3.00 AZN
Nominal Adı Dəyəri
1 USD - (1 ABŞ dolları) 1.7
1 EUR - (1 Avro) 1.9706
1 GEL - (1 Gürcüstan larisi) 0.5417
1 GBP - (1 İngiltərə funt sterlinqi) 2.323
100 IRR - (100 İran rialı) 0.004
1 RUB - (1 Rusiya rublu) 0.0236
1 TRY - (1 Türkiyə lirəsi) 0.186

İştirakçılar