İdman

gimnastikadan

başlayır

“İlk dəfə bu binaya və bu gözəl zala daxil olanda heyran oldum”

23 noyabr 2022

“İlk dəfə bu binaya və bu gözəl zala daxil olanda heyran oldum”

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti Milli Gimnastika Arenasında təşkil olunmuş bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kuboku yarışı ilə bağlı ölkəmizdə səfərdə olan məşhur bolqarıstanlı keçmiş gimnast, dünya və Avropa çempionu Tanya Stavreva ilə müsahibəni təqdim edir.


-Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz barədə bir qədər məlumat verərdiniz.
Mən əslən bolqarıstanlıyam. İki dəfə Avropa və bir dəfə dünya çempionatının komanda hesabında çoxnövçülük üzrə qızıl medalçısı olmuşam.
-Milli komandamız barədə fikirlərinizi bilmək istərdik.
Uzun illərdir sizin yığma komandanın cıxışlarına baxıram. AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasileva ilə yüksək səviyyəli dostluq əlaqələrimiz var. Komandanın çıxışları heyrətamizdir. Hər şey kompleks şəklindədir – geyimlər, kombinasiyalar,  uşaqlara qarşı münasibət, hər şey mükəmməldir. Milli komandanız hərtərəfli inkişaf edir.
-Azərbaycan Gimnastika Federasiyası ilə əməkdaşlığınız barədə danışardınız.  
Yalnız isti və xoş təəssüratlarım var. İlk dəfə bu binaya və bu gözəl zala daxil olanda, həqiqətən, heyran oldum. Milli Gimnastika Arenası haqqında çoxlu gözəl sözlər eşitmişdim, amma özüm gördükdən sonra çox təəccübləndim və bütün deyilən sözlərin özüm şahidi oldum -  inanılmaz gözəl kompleks, inanılmaz gözəl federasiya.