27 oktyabr 2023
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin təşkili ilə bağlı mətbuat nümayəndələri ilə təəssüratlarını bölüşüb.
Azərbaycan Gimnastika Federasiyası əvvəllər dəfələrlə respublikamızın müxtəlif bölgələrində yarışlar təşkil edib. Onların arasında 2011-ci ildə Qusar Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə Azərbaycan çempionatı, 2016-cı ildə Mingəçevirdə bədii gimnastika üzrə təşkil edilən Azərbaycan çempionatı və bölgələrarsı kubok, ötən il Şəkidə gimnastikanın altı növü üzrə keçirilən birgə yarışları qeyd edə bilərəm. Federasiya bu il ilk dəfə olaraq Naxçıvanda bədii gimnastika üzrə “Grace of nature” beynəlxalq turnirini keçirib. Bölgələrdə gimnastika üzrə bölmələrin sayı artır. Hazırda 30 bölgədə gimnastika bölməsi fəaliyyət göstərir. Bu, regionlarımızda gimnastikaya böyük maraq olduğunu göstərir. Bundan sonra da ölkənin müxtəlif bölgələrində çempionat və birincilikləri keçirməyi planlaşdırırıq.