13 fevral 2024
Tailandın bədii gimnastika üzrə yığma komandasının üzvü, Banqkok Gimnastika Klubunun təmsilçisi Sikharee Sutthiragsa ilə müsahibəni təqdim edirik.
- Arenadakı məşqləri necə qiymətləndirirsiniz?
- Mənim 15 yaşım var. Banqkok Gimnastika Klubunu təmsil edirəm. Burada təlim-məşq toplanışında iştirak edirəm. Bu, olduqca gözəl təcrübədir. Burada çoxlu biliklər əldə edəcəyəm.
- Burada hansı növ məşqləri yerinə yetirirsiniz?
-Yeni çıxışım üzərində işləyirəm. Eləcə də, balet və rəqs dərsləri keçirəm.
- Qarşıda sizi hansı yarışlar gözləyir?
- Bakıda keçiriləcək Dünya kubokuna hazırlaşıram.
- Ən çox sevdiyiniz alət hansıdır?
- Ən sevdiyim alət lentdir.
- Azərbaycan gimnastları barəsində nə deyə bilərsiniz?
- Buradakı şərait yüksək səviyyədədir. Əsas üstünlük odur ki, biz yeməkxanaya asanlıqla gedib-gələ bilirik.
- Ən böyük arzunuz nədir?
- Ümid edirəm ki, dünya çempionatı və ya digər irimiqyaslı yarışlarda iştirak edə biləcəyəm.
- Gimnast olmaq sizin üçün nə deməkdir?
- Mənim fikrimcə, gimnast böyük hörmətə layiq idman karyerası olan şəxsdir. Gimnastika, həqiqətən, zərif bir idman növüdür.