İdman

gimnastikadan

başlayır

“2015-ci ildən Bakıda keçirilən yarışlarda iştirak edirəm”

24 fevral 2024

“2015-ci ildən Bakıda keçirilən yarışlarda iştirak edirəm”

Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut üzrə fərdi və sinxron proqramda çıxış edən portuqaliyalı Pedro Ferreyra yarışla bağlı təəssüratlarını bölüşüb.
Bakıda keçirilən batut gimnastikası və tamblinq  üzrə Dünya kuboku möhtəşəm keçir. Fiziki cəhətdən yarışa hazıram. Çıxışımdan razıyam, düşünürəm ki, hər şey yaxşı keçdi. Sinxron proqramda da nəticə göstərmək üçün çalışacağam. 2015-ci ildən Bakıda keçirilən yarışlarda iştirak edirəm.  Bu, mənim Bakıya səkkizinci və ya doqquzuncu səfərimdir. Komanda yoldaşlarım və mən şəhəri gəzməyi sevirik, çoxlu maraqlı yerlər var. Mən həm də Formula 1 azarkeşiyəm və ümid edirəm ki, nə vaxtsa mənim də Bakıda Formula 1 yarışlarında iştirak etmək imkanım olacaq.