İdman

gimnastikadan

başlayır

“3 yaşımdan bədii gimnastika ilə məşğul oluram”

06 oktyabr 2023

“3 yaşımdan bədii gimnastika ilə məşğul oluram”

 

Bakı Olimpiya İdman Kompleksində keçirilən 28-ci Bakı çempionatının iştirakçısı, "Ocaq Sport" klubunun 8 yaşlı yetirməsi Xəzra Qasımlı yarışla bağlı təəssüratlarını bölüşüb:

Neçə gündür, komandamızın üzvləri ilə birgə Bakı çempionatına hazırlaşırıq. Məşqçimin köməkliyi ilə hərtərəfli məşqlər keçmişik. 3 yaşımdan bədii gimnastika ilə məşğul oluram. Ailəm həmişə olduğu kimi məni dəstəkləmək üçün buradadır. İstəyirəm ki, bütün idmançı dostlarım yaxşı çıxış nümayiş etdirsinlər. Digər gimnastlar kimi, mənim də əsas istəyim qalib olmaqdır.