İdman

gimnastikadan

başlayır

“8 yaşımdan batut gimnastikası ilə məşğul oluram”

21 fevral 2023

“8 yaşımdan batut gimnastikası ilə məşğul oluram”

Ölkəmizdə batut gimnastikası üzrə keçirilən Dünya kubokunun fərdi və sinxron proqramda qalibi, Braziliya təmsilçisi Kamilla Qomes qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

İdmana uşaq yaşlarımdan maraq göstərmişəm. Əvvəlcə üzgücülüklə məşğul olmuşam. Sonradan voleybola getmək istəyirdim. Elə alındı ki, gimnastika ilə məşğul oldum. Əvvəlcə idman gimnastikası, daha sonra batut gimnastikası ilə məşğul olmağa başladım. 8 yaşımdan batut gimnastikası ilə məşğul oluram. Artıq 20 ildir. Hazırda ABŞ-da yaşayır və məşqlərimi orada davam etdirirəm. Medalımı ailəmə, məşqçilərimə və federasiyamıza həsr edirəm. Valideynlərimdən kənarda qalsam da, onlara qürurlu anlar yaşatdığım üçün xoşbəxtəm. Bu mənim Bakıya 4-cü səfərimdir. Burada məşq etmək, yarışlara qatılmaq xoşuma gəlir. Çünki təşkilatçılıq yüksək səviyyədədir.