İdman

gimnastikadan

başlayır

“Avropa çempionatında medal qazanmaq mənim arzum idi”

21 may 2023

“Avropa çempionatında medal qazanmaq mənim arzum idi”

Ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatının topla hərəkətlərin icrasında bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
- Məşqçilərimə öz dərin minnətdarlığımı bildirirəm. Onların hər biri mənə kömək olur və hər zaman dəstəkləyir. O cümlədən azarkeşlərə komandamızı dəstəklədiklərinə görə minnətdaram. Yarış yüksək səviyyədə keçdi. Sevinirəm ki, proqramımı səhvsiz yerinə yetirdim. Qarşıda məni dünya çempionatı gözləyir. Yəqin ki, kompozisiyama daha da çətin elementlər əlavə olunacaq.