İdman

gimnastikadan

başlayır

“Azərbaycanda güclü gənc nəsil yetişir”

21 yanvar 2023

“Azərbaycanda güclü gənc nəsil yetişir”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkəmizə dəvət olunmuş bədii gimnastika üzrə ispaniyalı xoreoqraf Beatriz Brito Aguilera ilə müsahibəni təqdim edir. 

 

Zəhmət olmasa, Azərbaycan gimnastları barədə fikirlərinizi bizimlə bölüşərdiniz.
-Azərbaycan gimnastları artıq dünya səviyyəsində çox yüksək nəticələr əldə ediblər. Onlar uğurlu çıxışlarını davam etdirirlər. İdmançılarınızın həm texnik, həm də artistizm cəhətdən olduqca inkişaf etdiklərini düşünürəm. Azərbaycan xalqının özünəməxsus milliliyi gimnastlara xalça üzərində özlərini ifadə etməyə çox kömək edir. Düşünürəm ki, əldə olunan bütün nailiyyətlərın arxasında çox böyük zəhmət dayanır və mən Bakıda olduğum müddətdə bunun canlı şahidi oldum.
Zəhmət olmasa səfəriniz barəsində bizə məlumat verərdiniz.
-Düzünü deyim ki, Bakıya gəlmək mənim üçün bir xəyal idi. Uzun müddət idi ki, mən Bakıda keçirilən beynəlxalq tədbirləri, yarışları və s.  izləyirdim. Bir müddət bundan öncə, Marbella şəhərində keçirilən təlim-məşq toplanışı zamanı AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasileva ilə tanış oldum və onun dəvəti ilə Azərbaycana gəldim. Səfərim zamanı bu möhtəşəm şəhər və arena ilə yaxından tanış oldum. 
Dediyiniz kimi, siz böyüklər yaş kateqoriyasına daxil olan gimnastların çıxışlarını beynəlxalq yarışlarda izləmisiniz. Bəs gənc nəsil barədə nə düşünürsünüz?
-Düşünürəm ki, Azərbaycanda güclü gənc nəsil yetişir və inanıram ki, onlar gələcəkdə yüksək nailiyyətlər əldə edəcəklər.