İdman

gimnastikadan

başlayır

“Azərbaycanda uşaqlar aerobika gimnastikasına böyük maraq göstərirlər”

05 iyun 2023

“Azərbaycanda uşaqlar aerobika gimnastikasına böyük maraq göstərirlər”

Aerobika gimnastikası üzrə yığma komandanın baş məşqçisi Mariyan Kolev Bakı Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan birinciliyi və Bakı çempionatı ilə bağlı fikirlərini  Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
Azərbaycanda uşaqlar aerobika gimnastikasına böyük maraq göstərirlər.
Hər il aerobika gimnastikası üzrə respublika yarışlarında iştirak edən idmançıların sayı artır. Bakıda, Sumqayıtda aerobika gimnastikası üzrə bölmələr fəaliyyət göstərir, həmçinin ölkənin daha bir neçə rayonunda gimnastikanın bu növü üzrə bölmələrin açılması planlaşdırılır.  
Gimnastlar turnirlərdə iştirak etməklə öz hazırlığını yoxlaya, digər idmançıların hazırlıq səviyyəsini qiymətləndirə, rəqabət təcrübəsi qazana bilirlər.  Sentyabrda bizi daha bir ölkədaxili yarış gözləyir. Bu il yığma üzvləri bir neçə beynəlxalq yarışda iştirak edəcəklər. Onların arasında ən əlamətdar yarışlardan biri noyabrda Türkiyədə keçiriləcək Avropa çempionatıdır.