İdman

gimnastikadan

başlayır

“Azərbaycanda yüksək potensiala malik gimnastlar var”

04 fevral 2023

“Azərbaycanda yüksək potensiala malik gimnastlar var”

Fevralın 4-də ölkəmizə dəvət olunmuş tanınmış bolqarıstanlı gimnast, dünya çempionatının gümüş mükafatçısı Katrin Tasevanın rəhbərliyi altında Bakı Olimpiya İdman Kompleksində yerli idmançılarımız üçün ustad dərsləri keçirilib. Daha sonra idmançı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə öz təəssüratlarını bölüşüb
- Ustad dərslərində biliklərimi kiçik gimnastlarla bölüşməyə çalışdım. Ümid edirəm ki, bu məşğələlər müxtəlif klubların idmançıları üçün faydalı olar.
Qeyd edim ki, Azərbaycanda yüksək potensiala, yaxşı çevikliyə malik gimnastlar var. Azərbaycanda məşqlər yüksək səviyyədə keçirilir. Burada olmaqdan və sizin qızları görməkdən çox məmnunam.
Dəvətə görə Azərbaycan Gimnastika Federasiyasına, AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevaya öz minnətdarlığımı bildirirəm. Siz çox şanslısınız ki, Mariana Vasileva burada uzun müddətdir ki, çalışır. Çünki o, Bolqarıstanın ən güclü və təcrübəli məşqçilərindən biridir.
Sizin güclü xoreoqraflarınız, məşqçi və idmançılarınız var. Mən onlara yaxşı məşq etməyi və yaxşı formada olmağı arzu edirəm.