İdman

gimnastikadan

başlayır

“Azərbaycanda yüksək qonaqpərvərlik nümayiş etdirilir”

20 may 2022

“Azərbaycanda yüksək qonaqpərvərlik nümayiş etdirilir”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti gimnastika növlərinin inkişaf etdirilməsi məqsədilə ölkəmizə səfər etmiş Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetinin gimnastikanıın metodika və nəzəriyyəsi kafedrasının dosenti Sergey Eştayev ilə müsahibəni təqdim edir.
- Azərbaycana gəlişinizin məqsədi barədə məlumat verərdiniz.
- Kütləvi idman növlərinin populyarlaşdırılması istiqamətində qrantın icra olunması çərçivəsində parkur üzrə ixtisasartırmanın həyata keçirilməsi ilə bağlı müraciətimizi Azərbaycan Gimnastika Federasiyası müsbət cavablandırdı. Biz də bununla bağlı Azərbaycana səfər etmişik.
- Bu məqsədlə hansı görüşlər keçirdiniz?
- Burada biz Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi ilə, eyni zamanda ali təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi ilə görüşdük.
- Hansı idman qurğularına baş çəkdiniz?
- Biz Bakıda Milli Gimnastika Arenasında olduq. Akademiyaya baş çəkdik. Gənc gimnastların təlim-məşqlər keçdikləri Bakı Olmpiya İdman Kompleksində yerləşən zallara səfər etdik.
- Azərbaycanda idmanın maddi-texniki bazasını necə dəyərləndirirsiniz?
- Tanış olduğumuz idman obyektləri çox nəhəng, möhtəşəm tikililərdir. Bunlar beynəlxalq yarışları ən yüksək səviyyədə keçirmək üçün nəzərdə tutulan, çoxlu sayda ölkəni, çoxlu sayda iştirakçını qəbul etməyə hazır xüsusi ixtisaslaşmış qurğulardır.
- Özbəkistanda idmanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Özbəkistanda idmançıların seçimi və yetişdirilməsi sistemi bir qədər fərqlidir. Çünki bizdə əhali daha çoxdur. Özbəkistan əhalisinin sayı 38 milyondur. Buna görə də seçim və komandaların hazırlıq sistemi fərqlidir. Azərbaycanın əhatə dairəsi və müqayisə ilə müqayisə etsək, məncə, ölkəniz heç də geri qalmır. Hətta bəzi məqamlarda siz bizi üstələyirsiniz.
- Bakıya ilk səfərinizdir?
- Bəli, bu, mənim beynəlxalq  səfərlərim çərçivəsində Bakıya ilk gəlişimdir. Səfərimiz buraya gələn qonaqlar üçün kifayət qədər səmimi qarşılanma, səriştəli təşkilatçılıq, səmərəli vaxtkeçirmə ilə müşayiət olunur.
Azərbaycan barədə təəssüratlarınızı bizimlə bölüşərdiniz. Azərbaycan günəşli, dostsevər bir ölkədir. İnsanların burada gözəl emosiyalar yaşamaları, ölkəni gözəl xatirələrlə xatırlamaları üçün yüksək qonaqpərvərlik nümayiş etdirilir.