İdman

gimnastikadan

başlayır

“Bədii gimnastika Azərbaycanda yüksək səviyyədə inkişaf etdirilir”

25 sentyabr 2023

“Bədii gimnastika Azərbaycanda yüksək səviyyədə inkişaf etdirilir”


Qazaxıstan komandasının məşqçisi Samirə Əhmədova  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri ilə bağlı təəssüratlarını bölüşüb.
-    Yarışda iştirakımızda əsas məqsəd uğurlu çıxış etmək və təcrübə qazanmaq idi. Komandamızın üzvləri beynəlxalq turnirə yaxşı hazırlaşmışdılar. İlk dəfə idi ki, beynəlxalq yarışda qüvvələrini sınayırdılar. Düzdür, kompozisiyaların icrası zamanı bir sıra səhvlərə yol verdilər. Amma bu yarış bizim üçün əsasən təcrübə xarakteri daşıyırdı. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Yarışa qatılan komandaların çoxluğundan hiss olunur ki, bədii gimnastika Azərbaycanda yüksək səvəyyədə inkişaf etdirilir. Burada bir çox bölgələrdən komandalar iştirak edirdilər. Azərbaycanın gənclər və idman nazirinin müavini, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasilevadan və federasiyanın idman direktoru, beynəlxalq dərəcəli hakim Natalya Bulanovadan peşəkar mütəxəssis kimi öyrənəcəyimiz çox şey var. Ümumilikdə dəvətə və bizə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına öz təşəkkürümü bildirirəm.