İdman

gimnastikadan

başlayır

“Belə bir möhtəşəm zalda yarışacağımızı təsəvvür etmirdik”

16 aprel 2023

“Belə bir möhtəşəm zalda yarışacağımızı təsəvvür etmirdik”

Ölkəmizdə keçirilən “AGF Trophy” beynəlxalq turnirində gənclər arasında komanda hesabında qızıl medal qazanan Özbəkistan təmsilçiləri Mişel Nesterova və Natalya Usova qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb. Mişel Nestrova bildirib ki, uzun müddət bu yarışa hazırlıq prosesi keçiblər: “Yarışlara bir il yarımdır ki, hazırlaşırıq. Məşqlərimiz çox yaxşı keçib. Buradakı şərait və ab-hava bizi məftun etdi. Belə bir möhtəşəm zalda yarışacağımızı təsəvvür etmirdik”. 
“Doğrudan da burada azarkeşlər idmançıları böyük hərarətlə dəstəkləyirlər. Belə böyük bir zalda çıxış etmək çox həyəcanlı idi. Qarşıda bizi iyunun əvvəlində Asiya çempionatı, daha sonra isə dünya çempionatı gözləyir”, deyə Natalya Usova əlavə edib.