İdman

gimnastikadan

başlayır

“Beynəlxalq səviyyəli yarışların bölgələrdə keçirilməsi çox vacibdir”

22 sentyabr 2023

“Beynəlxalq səviyyəli yarışların bölgələrdə keçirilməsi çox vacibdir”

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri ilə bağlı təəssüratlarını bölüşüb.
- Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” ("Təbiətin lütfü”) beynəlxalq turnirinə start verilib. Bu, AGF tərəfindən bölgədə təşkil olunan ilk beynəlxalq turnirdir. Yarışın adı - “Grace of Nature” ("Təbiətin lütfü”) bölgələrimizin özünəməxsus təbiətinin gözəlliyini ifadə edir. Bu yarışın hər il bir bölgədə keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanın 30 rayonunda bədii gimnastika bölmələri fəaliyyət göstərir. Yarışda paytaxtla yanaşı, respublikanın rayonlarından olan gənc gimnastlar da iştirak edirlər. Qeyd edim ki, regionlardan olan gimnastlar mütəmadi olaraq öz məşqçiləri ilə birlikdə Bakıya gəlir və Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirlər. Beynəlxalq səviyyəli yarışların bölgələrdə keçirilməsi çox vacibdir. Çünki turnir gənc idmançıları daha da ruhlandırır. Ümidvaram ki, bir müddət sonra biz bu yarışın iştirakçılarını beynəlxalq arenalarda görəcək və region təmsilçilərinin yeni idman nailiyyətlərinə şahidlik edəcəyik.