İdman

gimnastikadan

başlayır

“Birinciliyə qatılan bütün iştirakçılar güclüdürlər”

27 oktyabr 2023

“Birinciliyə qatılan bütün iştirakçılar güclüdürlər”

Quba Olimpiya İdman Kompleksində keçirilən 28-ci Azərbaycan birinciliyinin iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Nilay Pünhanlı yarışla bağlı təəssüratlarını bölüşüb:
Mən Qubaya ilk dəfədir ki, gəlirəm. Şadam ki, buraya səfərim məhz Azərbaycan birinciliyində iştirakımla bağlıdır. Düşünürəm ki, bu səfərim uzun müddət yaddaşımda qalacaq. Yarışda uşaqlar yaş kateqoriyasında iştirak edirəm və ilk günkü nəticəmdən razı qaldım. Növbəti çıxışlarımda daha da yaxşı nəticə əldə etməyə çalışacağam. Birinciliyə qatılan bütün iştirakçılar güclüdürlər, onların hər biri fəxri kürsüyə qalxmağa layiqdirlər.