İdman

gimnastikadan

başlayır

“Böyük uğurlar əldə etmək arzusundayam”

06 oktyabr 2023

“Böyük uğurlar əldə etmək arzusundayam”

Bakı Olimpiya İdman Kompleksində keçirilən 28-ci Bakı çempionatının iştirakçısı, "Ocaq Sport" klubunun 8 yaşlı yetirməsi Nilay Pünhanlı yarışla bağlı təəssüratlarını bölüşüb:
Bədii gimnastikanı çox sevirəm. Bu növdə böyük uğurlar əldə etmək arzusundayam və məqsədimə doğru səylə addımlayacağam. Artıq müxtəlif yarışlarda medallar qazanmışam və bundan sonra da yüksək nəticələr göstərəcəyimə ümid edirəm. Dünən lent və gürzlərlə proqramımı təqdim etdim. Bu gün alətsiz çıxış edəcəyəm. Ümid edirəm ki, medalçılar sırasında yer alacağam”.