İdman

gimnastikadan

başlayır

“Bu cür yarışların təşkili idmançılara təcrübə qazandırır”

06 oktyabr 2023

“Bu cür yarışların təşkili idmançılara təcrübə qazandırır”

 "Ocaq Sport” klubunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova Bakı Olimpiya İdman Kompleksində keçirilən 28-ci Bakı çempionatı ilə bağlı təəssüratlarını bölüşüb.
- Bakı çempionatında yarışlar üç yaş kateqoriyasında keçirilir. Bu cür yarışların təşkili gimnastikanın təbliği və inkişafına xidmət etməklə yanaşı, idmançılara kiçik yaşlarından təcrübə qazandırır. “Ocaq Sport” klubu çempionatda 40-dan çox gimnastla təmsil olunur və ümid edirik ki, onlar yaxşı nəticələr nümayiş etdirərək, komandamıza medallar qazandıracaqlar. Qeyd edim ki, təmsilçilərimiz bu il bir sıra beynəlxalq yarışlarda qüvvələrini sınayıblar. Bundan əvvəl idmançılarımız Naxçıvanda keçirilən “Grace of nature” beynəxalq turnirində uğurla çıxış ediblər. Qarşıda gimnastlarımızı Azərbaycan birinciliyi və II Beynəlxalq "Ocaq Kuboku”  gözləyir. Ümid edirəm ki, təmsilçilərimiz həmin yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar.