26 mart 2024
Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin Paris-2024-ə lisenziya qazanan təmsilçimiz Selcan Mahsudovanın Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı təəssüratlarını bölüşüb.
- Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Selcan Mahsudovanın lisenziya qazanması bizi çox qürurlandırır. Selcan Maxsudova ilə uzun yol qət etmişik. Azərbaycanda 10 ildir ki, batut gimnastikası inkişaf edir və mən şadam ki, bu müddət ərzində biz belə yaxşı nəticə əldə etmişik. Mən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya bizə göstərilən dəstəyə, diqqətə və idmançıların hazırlanmasına yaradılan şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək olmasaydı, biz lisenziya qazana bilməzdik. Hər kəs qeyd edir ki, on il ərzində bu gimnastika növünü inkişaf etdirmək və lisenziya qazanmaq böyük və əhəmiyyətli bir işdir. Hamı bizi təbrik edir. Olimpiya lisenziyasını qazandığımızı hələ də tam dərk etməmişəm. İndi hər şey yenidən başlayır, arxayınlaşmamalıyıq. Qarşıda bizi Avropa çempionatı gözləyir. Selcanın yüksək idman formasında olmasına çalışacağıq. İndi bütün diqqətimizi Olimpiya Oyunlarına hazırlığa yönəldəcəyik.