İdman

gimnastikadan

başlayır

“Bu uğuru Kotbusda da təkrarlamaq istəyirik”

25 fevral 2024

“Bu uğuru Kotbusda da təkrarlamaq istəyirik”

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası üzrə sinxron proqramda kişilər arasında qalib olan Çin təmsilçiləri Fu Veijian və Jou Ji təssüratlarını bölüşüblər.
“Bakıda olmaqdan çox məmnunuq. Çıxışımızdan razı qaldıq. Bu yarışdan sonra əsas məqsədimiz mart ayında Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya kubokunda da fəxri kürsünün ən yüksək pilləsində yer almaqdır. Ümid edir ki, qarşıdakı yarışlarda da çıxışımız istədiyimiz kimi alınacaq”, - deyə komandanın üzvü Fu Weijian bildirib.