İdman

gimnastikadan

başlayır

“Bu yarış bizə hər bir yaş qrupu üzrə istedadlı idmançıları üzə çıxarmağa imkan verir”

02 noyabr 2023

“Bu yarış bizə hər bir yaş qrupu üzrə istedadlı idmançıları üzə çıxarmağa imkan verir”

Aerobika gimnastikası üzrə yığma komandanın baş məşqçisi Mariyan Kolev Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi ilə bağlı fikirlərini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
"Noyabrın 17-19-da aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Antalyada (Türkiyə) keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Avropa çempionatı bu ilin ən mühüm yarışlarından biridir. Ondan əvvəl gimnastlarımız Bolqarıstan və Rumıniyada keçirilən bir neçə yarışda  çıxış edərək yaxşı nəticələr göstəriblər. 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyində idmançılar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında, açıq Bakı birinciliyində isə balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında mübarizə aparırlar. Bu isə bizə hər bir yaş qrupu üzrə istedadlı idmançıları üzə çıxarmağa imkan verir. Bu yarışdan sonra idmançılarımız qarşıdakı mötəbər turnirlərə hazırlıqlara başlayacaqlar.