16 fevral 2024
Gürcüstanın batut gimnastikası üzrə yığma komandasının məşqçisi Roza Berikaşvili 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
- Çox şadam ki, Azərbaycanda batut gimnastikası üzrə gənc gimnastların iştirak edə biləcəyi yarışlar keçirilir. Yarışa Gürcüstandan 26 idmançı gəlib. Təəssüratlarım çox gözəldir, turnirin təşkili əladır. Səmimi qəbula görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bu yarış təcrübə toplamaq üçün fürsətdir. Tezliklə Bakıda Dünya kuboku keçiriləcək, Gürcüstanı yarışda dörd gimnast təmsil edəcək. Onlar Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Dünya kubokunun keçiriləcəyi Milli Gimnastika Arenasında yarışlar üçün gözəl şərait var.