İdman

gimnastikadan

başlayır

“Burada gözəl vaxt keçirdik”

25 fevral 2024

“Burada gözəl vaxt keçirdik”

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası üzrə sinxron proqramda qadınlar arasında qalib olan ABŞ təmsilçiləri Nikol Ahsinger və Sara Vebster təəssüratlarını bölüşüblər.

- Bakıda olmaqdan çox xoşbəxtik. Çıxışımızdan razı qaldıq. Etiraf edim ki, burada gözəl vaxt keçirdik. Komandamızın əsas məqsədi Olimpiya Oyunlarına hazırlıqdır. Bizi isə qarşıda Almaniyada keçiriləcək dünya Kuboku gözləyir. Həmin yarışa az vaxt qalıb. Əsas hədəfimiz orada da qələbə qazanmaqdır.