İdman

gimnastikadan

başlayır

“Burada məşq etmək üçün hər cür şərait mövcuddur”

16 noyabr 2023

“Burada məşq etmək üçün hər cür şərait mövcuddur”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti  Monqolustanın “Monray” klubunun qadın idman  gimnastikası üzrə məşqçisi Burenbatar Munksaykan ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, səfəriniz barədə məlumat verərdiniz.

- Biz buraya bir ay yarım ərzində məşq etmək, eyni zamanda beynəlxalq səviyyəli yarışlara hazırlıq məqsədilə gəlmişik. Komandamız 18 idmançıdan ibarətdir. Onlardan 3-ü qadın, qalanları isə kişidir. Kişilərdən ibarət yığma komandamızın üzvləri də burada keçirilən məşqlərdə iştirak edirlər.
- Gimnastlarınız barədə bir qədər məlumat verərdiniz.
- Gimnastlarımızın əksəriyyəti kiçikyaşlıdırlar. Onların təxminən 9-10 yaşı var. Burada kiçiklər üçün nəzərdə tutulan alətlərdə etdiyimiz təməl məşqləri gələcəkdə mürəkkəb elementlərin öyrənilməsinə xidmət edir. Çünki Monqolustanda balaca gimnastlar üçün çox az sayda alət mövcuddur.
- Ölkənizdə gimnastika necə inkişaf edir?
- Fikrimcə, inkişaf prosesi indi başlayır. Təxmin edə bilərəm ki, bu proses növbəti 10-20 il ərzində davam edəcək. Hələ ki, istədiyimiz inkişaf tempinə nail ola bilməmişik.
- Azərbaycana ilk dəfə səfər edirsiniz?
- Xeyr. Keçən il burada olmuşam. Burada kişi və qadın gimnastlarımız ilə birlikdə Asiya çempionatına hazırlaşırdıq.
- Burada hansı yarışlara hazırlaşırsınız?
- Kiçik gimnastlar beynəlxalq yarışlara, böyükyaşlı idmançılarımız isə gələn il keçiriləcək Dünya kubokuna hazırlaşırlar. Burada məşq etmək və yaşamaq üçün hər cür şərait mövcuddur. Təlim-məşq üçün hər bir şərait var. Azərbaycanda  gimnastikanın bütün növləri inkişaf edir. Təbii ki, bu şərait müqayisə oluna bilməz.