İdman

gimnastikadan

başlayır

“Bütün yarış iştirakçıları yaxşı çıxış edirlər”

22 sentyabr 2023

“Bütün yarış iştirakçıları yaxşı çıxış edirlər”

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirində 2017-ci il təvəllüdlü gimnastlar arasında çıxış edən “Ocaq Sport” Klubunun təmsilçisi Asya Mahmudzadə yarışla bağlı təəssüratlarını bölüşüb.
Turnirdə birinci oldum. Bu mənim üçün uğurlu nəticədir. Şadam ki, hakimlər çıxışımı yüksək qiymətləndirdilər. Bu, mənim ilk beynəlxalq yarışımdır. Proqramımı səhvsiz başa vurmağa çalışdım. Bütün yarış iştirakçıları yaxşı çıxış edirlər. Ona görə də rəqabət ciddidir. Sevindirici haldır ki, tamaşaçılar bizi dəstəkləyir, ruhlandırır. Bu isə bizi yaxşı nəticə qazanmağa daha da həvəsləndirir.