İdman

gimnastikadan

başlayır

“Çıxışım istədiyim kimi alındı”

25 fevral 2024

“Çıxışım istədiyim kimi alındı”


Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda qızıl medal qazanan Fransa təmsilçisi Kandi Brier-Vetilar (tamblinq) medal sevincini bölüşüb.
- Səhv etmirəmsə, bu mənim Bakıya dördüncü səfərimdir. Burada əvvəllər Dünya kubokunda və dünya çempionatında iştirak etmişəm. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Mənim üçün isə çıxışım istədiyim kimi alındı. Rəqabət yüksək idi, lakin qələbə çox arzuolunan idi. Sevinirəm ki, istəyimə nail oldum.