İdman

gimnastikadan

başlayır

“Daha da intensiv məşq edirəm”

02 dekabr 2023

“Daha da intensiv məşq edirəm”

Kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatının iştirakçısı, yığma komandanın üzvü Nikita Simonov yarışla bağlı təəssüratlarını bölüşüb.
Bu mövsüm mənim üçün əvvəlkindən daha da uğurlu oldu. Builki hazırlığımı yaxşı qiymətləndirirəm. Düşünürəm ki, dünya çempionatında yaxşı çıxış etdim. Bu il çoxlu yarışlar oldu, ona görə də bilirəm ki, proqramımda hansı səhvləri nəzərə almaq, nəyi düzəltmək və təkmilləşdirmək lazımdır. Ümid edirəm ki, gələn ilki yarışlarda daha da uğurlu çıxış edəcəyəm. Məşq yükünü azaltmır, əksinə daha da intensiv məşq edirəm. Çünki gələn il bir sıra ciddi mərhələləri dəf etməliyəm. Bunlardan ən vacibi isə Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Buna görə də çox məşq edirik.