İdman

gimnastikadan

başlayır

“Dinamik kompozisiyaların icrası məndə daha yaxşı alınır”

27 oktyabr 2023

“Dinamik kompozisiyaların icrası məndə daha yaxşı alınır”

Quba Olimpiya İdman Kompleksində keçirilən 28-ci Azərbaycan birinciliyinin iştirakçısı, Respublika Kompleks İdman Məktəbinin yetirməsi Nur Sadıqova yarışla bağlı təəssüratlarını bölüşüb:
Qubada çıxış etmək mənim üçün çox xoşdur. Özümü rahat hiss edəndə, proqramımı da yaxşı yerinə yetirirəm. Alətsiz çıxışlarım yaxşı alındı. Ümid edirəm ki, digər proqramlar üzrə də çıxışlarım istədiyim kimi alınar. Dinamik kompozisiyaların icrası məndə daha yaxşı alınır. Artistlik bacarığımı, emosiyaları nümayiş etdirməyi xoşlayıram. Ümumiyyətlə, düşünürəm ki, bədii gimnastikada bunlara diqqət yetirmək alətlərlə düzgün işləmək qədər vacibdir.