İdman

gimnastikadan

başlayır

“Doğma divarlar arasında qızıl medal qazanmaq istəyirəm”

24 fevral 2024

“Doğma divarlar arasında qızıl medal qazanmaq istəyirəm”


Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda ölkəmizi finalda təmsil edəcək Avropa və ikiqat dünya çempionu Mixail Malkin (tamblinq) yarışda çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
- Təsnifat mərhələsində birinci və ikinci kombinasiya zamanı elementləri planlaşdırdığım kimi yerinə yetirdim. Sabah həm birinci, həm də ikinci kombinasiyaları çətinləşdirəcəyəm və ümid edirəm ki, bunları dəqiq icra edəcəyəm. Doğma divarlar arasında uğurlu çıxış etmək istəyirəm. İlkin çıxışlar göstərdi ki, rəqiblərimiz də kifayət qədər güclüdür. Etiraf edim ki, yarış zamanı Portuqaliyadan olan bir gimnastın mənim icra etdiyim çətin kombinasiyanı edəcəyini gözləmirdim. Bu o deməkdir ki, final daha da maraqlı olacaq.