İdman

gimnastikadan

başlayır

“Dünya kubokunda yaxşı çıxış etmək üçün çox məşq etmişəm”

24 fevral 2024

“Dünya kubokunda yaxşı çıxış etmək üçün çox məşq etmişəm”


Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut üzrə fərdi proqramda çıxış edən ABŞ-dan olan gimnast Aleksey Şostak yarışla bağlı təəssüratlarını bölüşüb.

- Bakıda keçirilən Dünya kubokunda yaxşı çıxış etmək üçün çox məşq etmişəm. Burada da yarışqabağı məşqlər etdim və bu mənim hazırlığıma müsbət təsir etdi. Bu, mənim Bakıya beşinci səfərimdir. Yarışın təşkili həmişə olduğu kimi, qüsursuzdur. Yarışda güclü rəqabət var. Bütün komandaların hazırlıq səviyyəsi yüksəkdir.