İdman

gimnastikadan

başlayır

“Dünyanın heç bir yerində bu cür şərait yoxdur”

16 fevral 2023

“Dünyanın heç bir yerində bu cür şərait yoxdur”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Latviya Gimnastika Federasiyasının baş katibi Natalya Prokofyeva ilə müsahibəni təqdim edir.

Bakıya xoş gəlmisiniz. Bu Bakıya ilk səfərinizdir? Paytaxtımızla bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Xeyr, bu, mənim ilk səfərim deyil. Bu, bəlkə də Bakıya 10-cu səfərimdir. Mən buraya batut gimnastikası üzrə komanda ilə, həm də gənclər arasında çempionat zamanı gəlmişəm. Şəhəriniz sadəcə heyrətamizdir.

- Zəhmət olmasa, Milli Gimnastika Arenası barəsində fikirlərinizi bildirərdiniz.

- Mən dünyanın heç bir yerində belə bir arena görməmişəm. Məkan müasir batutlarla tam təchiz olunub, burada sığorta, fizioterapevtlər, idman zalı, sauna, hovuz mövcuddur. Mənə elə gəlir ki, dünyanın heç bir yerində bu cür şərait yoxdur.

- Səfərinizin əsas məqsədi nədir?

- Hazırda gələn həftə Latviyada keçiriləcək Dünya kubokuna hazırlaşan böyüklərdən ibarət idmançılarımızı yarışa hazırlaşdırırıq.

- Bakıda keçirilən təlim-məşq toplanışının nəticələri barəsində nə deyə bilərsiniz?

- Məşqlər kifayət qədər dinamik keçir və müxtəlifliyi ilə seçilir. Latviyada məşqlər bir qədər fərqli olur, burada isə digər şəkildə balanslaşdırılır. Məşqlər gündə 2 dəfə olur. Səhər məşqləri daha yüngül, axşam məşqləri isə hərtərəfli kombinasiyalar tətbiq olunmaqla keçilir. Yeri gəlmişkən, biz Latviya Gimnastika Federasiyası adından Azərbaycan Gimnastika Federasiyasını təbrik etmək istərdik. Ötən il federasiyanız yenidən qurulmasının 20 illiyini qeyd etdi. Dünən sizin federasiyanın baş katibi ilə rəsmi görüşüm oldu, yubileylə əlaqədar sizə kiçik bir hədiyyə təqdim etdik.