24 fevral 2024
Azərbaycanda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda ölkəmizi finalda təmsil edəcək komanda hesabında dünya çempionu Adil Hacızadə (tamblinq) yarışda çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
- Təsnifat mərhələsində proqramımı yaxşı yerinə yetirdim. Ümumilikdə deyə bilərəm ki, çıxışdan razıyam. Əsas məqsədim proqramımı dəqiq yerinə yetirmək idi. Düşünürəm ki, sabah proqramımda ciddi dəyişiklik olunmayacaq. Sadəcə daha da yaxşı çıxış etməyə çalışacağam. Doğma divarlar arasında mübarizə aparmaq çətindir. Çünki həyəcan daha çox olur. Növbəti yarış Portuqaliyada keçiriləcək Avropa çempionatı olacaq. Həmin yarışa da ciddi hazırlaşacağam.