İdman

gimnastikadan

başlayır

“Əsas məqsədimiz Avropa çempionatında uğurla çıxış etməkdir”

24 aprel 2023

“Əsas məqsədimiz Avropa çempionatında uğurla çıxış etməkdir”

Azərbaycanda bədii gimnastika üzrə keçirilən Dünya kubokunun 3 lent, 2 top və 5 halqa ilə qızıl, çoxnövçülük üzrə gümüş mükafatçısı İsrailin qrup hərəkətləri üzrə yığma komandasının üzvü Diana Svertsov medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:    
Medal qazanan komandamızın üzvləri ilə birlikdə artıq bir il yarımdır ki, birlikdə məşq edirik. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Səhərdən axşama qədər məşq edirdik. Əsas məqsədimiz Avropa çempionatında uğurla çıxış etməkdir. Qazandığımız nəticə bir daha göstərdi ki, biz bir mehriban kollektiv kimi bir-birimizə dəstək olaraq qələbə qazana bildik. Burada çıxış etmək bizim üçün xoş oldu. Rəqiblərimiz güclü olsa da, əsas diqqətimizi öz çıxışımıza yönləndirmişdik. Məşqçilərimiz çıxışımızdan razı qalsa da, bununla kifayətlənməməli, öz üzərimizdə daha çox işləməliyik.