İdman

gimnastikadan

başlayır

“Federasiyamızın məşqçiləri gimnastikanın ölkəmizdə geniş yayılması üçün əllərindən gələni əsirgəmirlər”

20 may 2022

“Federasiyamızın məşqçiləri gimnastikanın ölkəmizdə geniş yayılması üçün əllərindən gələni əsirgəmirlər”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Monqolustan Gimnastika Federasiyasının Xarici əlaqələr şöbəsinin komanda meneceri Nadejda Safronova ilə müsahibəni təqdim edir.
- Təlim-məşqlərə neçə idmançı cəlb olunub?
- Məşqlərdə bədii gimnastikada üzrə 4 qadın idmançı iştirak edir. Onlardan 2-si böyük, 2-si isə yeniyetmə idmançıdır. İdman gimnastikası üzrə isə 2 qadın və 3 kişi idmançı məşqlərə cəlb olunub.
- Monqolustanda hansı gimnastika növləri daha çox inkişaf edib?
- Monqolustanda bədii gimnastika, idman gimnastikası və aerobika gimnastikası mövcuddur. Federasiyamızın məşqçiləri gimnastikanın ölkəmizdə geniş yayılması üçün əllərindən gələni əsirgəmirlər.
- Bildiyimizə görə, ilk dəfədir ki, ölkəmizin qonağı olursunuz. Azərbaycan, burada yaradılan şərait barədə təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bəli, bu, bizim Bakıya ilk səfərimizdir. Milli Gimnastika Arenasında yaradılan şərait və imkanlar bizdə xoş təəssüratlar yaratdı. Biz həmçinin Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevaya, idman direktoru Natalya Bulanovaya, baş katib Nurlana Məmmədzadəyə və federasiyanın bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.