İdman

gimnastikadan

başlayır

“Kiçik yaşlarımdan etdiyim məşqlər və çəkdiyim əziyyət hədər getməyib”

24 aprel 2023

“Kiçik yaşlarımdan etdiyim məşqlər və çəkdiyim əziyyət hədər getməyib”

Azərbaycanda bədii gimnastika üzrə keçirilən Dünya kubokunun topla qızıl, gürzlərlə bürünc mükafatçısı, Almaniya təmsilçisi Darya Varfolomeyev medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:    
3 yaşımdan gimnastika ilə məşğul oluram. Hazırda 16 yaşım. Məni bu idman növünə anam gətirib. O, bu idman növü üzrə məşqçi olub. Sonradan elə oldu ki, Almaniyaya köçdük və karyeramı orada davam etdirdim. Bu yarışda top və gürzlərlə çıxışım istədiyim kimi alındı. 1 qızıl, 1 bürünc medal qazandım. Məşqçilərimin ümidlərini doğrultmaq istəyirdim. Deyə bilərəm ki, kiçik yaşlarımdan etdiyim məşqlər və çəkdiyim əziyyət hədər getməyib. Bunu əldə etdiyim nailiyyətlər bir daha təsdiqləyir. Qarşıdan məni Avropa çempionatı gözləyir. Bakıya bir neçə il əvvəl yeniyetmələr arasında keçirilən yarışlar zamanı gəlmişəm. Buradakı mühit və şərait mənim çox xoşuma gəlir.