İdman

gimnastikadan

başlayır

“Komandamızın üzvləri çətin elementlərin icrası ilə seçilirdilər”

06 mart 2022

“Komandamızın üzvləri çətin elementlərin icrası ilə seçilirdilər”

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İradə Qurbanova 12-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanan qadın qrupumuzun çıxışları ilə bağlı fikirlərini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:
“Çox sevinirik ki, idmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Rəqiblərimiz çox güclü idi. İlk 6-lıqda yer alan komandaların hər biri qızıl medala potensial namizədlər idilər. İdmançılarımızın əsas üstünlüyü elementləri dəqiq icra etmələri oldu. Bundan əlavə komandamızın üzvləri çətin elementlərin icrası ilə seçilirdilər. Gimnastlarımız icra etdikləri orijinal  elementlər sayəsində gözlədiyimizdən də yüksək xal qazandılar”.