İdman

gimnastikadan

başlayır

“Məqsədim Olimpiadada uğurla çıxış etməkdir”

10 mart 2024

“Məqsədim Olimpiadada uğurla çıxış etməkdir”

Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda müxtəlif hündürlüklü qollarda qızıl medal qazanan Əlcəzair təmsilçisi Kaylia Nemurs qələbə sevincini bölüşüb.
Buradakı çıxışım elə də asan olmadı. İki həftə bundan əvvəl Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda çıxış etmişdim. Bu yarış mənim üçün daha çətin oldu və deyərdim ki, rəqabət daha yüksək idi. Buna baxmayaraq, nəticədə qızıl medal qazandım. Kottbusda da hakimlərdən eyni xal almışdım. Nəticəmi yüksəltmək üçün öz üzərimdə daha çox çalışmalıyam. Paris-2024-ə  artıq lisenziya əldə etmişəm və məqsədim Olimpiadada uğurla çıxış etməkdir. Burada şərait çox gözəldir. Xüsusilə axşam vaxtlarında şəhərdə gəzmək çox xoşuma gəlir.