İdman

gimnastikadan

başlayır

“Məşqçim sayəsində qarşılaşdığım bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıram”

24 aprel 2022

“Məşqçim sayəsində qarşılaşdığım bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıram”

Bədii Gimnastika üzrə FIG Dünya kubokunun bürünc medalçısı, İtaliya yığma komandasının üzvü Milena Baldassarri medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
- Milli Gimnastika Arenasında idmançılar üçün yüksək səviyyəli şərait yaradılıb. Digər yarışlarla müqayisədə Azərbaycanda daha yaxşı nəticə göstərdim. Yarışa çox ciddi hazırlaşmışdım. Günlərlə dayanmadan məşq edirdim. Sevinirəm ki, çəkilən zəhmətim medalla nəticələndi. Medal qazanmağımda məşqçimin rolu çox böyükdür. Məşqçim sayəsində qarşılaşdığım bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıram. Medalımı bütün İtaliyaya, doğmalarıma və məşqçilərimə həsr edirəm.