İdman

gimnastikadan

başlayır

“Milli komandanın ehtiyat idmançılarının sayını artırmalıyıq”

02 dekabr 2023

“Milli komandanın ehtiyat idmançılarının sayını artırmalıyıq”

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Ruslan İrqaşev kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
Yarışlarda 2016, 2014-2015 və 2012-2013-cü il yaş kateqoriyaları üzrə bir çox gənc gimnast iştirak edir. Biz gənclərə xüsusi diqqət yetirmişik. Milli komandanın ehtiyat idmançılarının sayını artırmalıyıq ki, boşluqlar olmasın və gənclərimiz gələcəkdə beynəlxalq səviyyəli yarışlarda ölkəmizi təmsil edə bilsinlər. Yığma üzvlərinə gəlincə, gələn il Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya kubokları olacaq. Komandanın təcrübəli üzvü Nikita Simonovun lisenziya qazanmaq üçün şansları var. İvan Tixonovu da qarşıda Avropa çempionatı gözləyir. O, çoxnövçülükdə Olimpiadaya vəsiqə qazanmalıdır, lakin biz fərdi alətlərlə proqramın icrası üzərində də işləyəcəyik. Dünya kuboklarında nəticə göstərməyə çalışacağıq. Komandanın üzvü Rəsul Əhmədzadə gələn ildən böyüklər arasında mübarizə aparacaq. İdmançılarımızın hər birinə qarşıdakı yarışlarda uğurlar arzulayıram.