02 dekabr 2023
Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Olqa Barkalova qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
Qadınlar arasında keçirilən 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyində 24 idmançı iştirak edir. Bu yarışların nəticələrinə əsasən, biz gələn il üçün milli komandanın, eləcə də 2024-cü ildə Avropa çempionatında iştirak edəcək komandanın tərkibini planlaşdıracağıq. Böyüklər üçün növbəti yarışlar Dünya Kubokunun mərhələ yarışları olacaq. Nəticələrə əsasən Olimpiya Oyunlarına vəsiqə qazanmağı planlaşdırırıq. Həmçinin çox ciddi başlanğıc Avropa çempionatıdır, orada həm yeniyetmələr, həm də böyüklər iştirak edəcək. Biz bütün yarışlarda iştirak edəcəyik. Nazənin Teymurovanın həm kubok mərhələləri, həm də Avropa çempionatı vasitəsilə Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün real şansı var.