İdman

gimnastikadan

başlayır

“Olimpiadaya lisenziya qazanmaq şansım yüksəkdir”

10 mart 2024

“Olimpiadaya lisenziya qazanmaq şansım yüksəkdir”


Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda dayaqlı tullanmada qızıl medal qazanan Bolqarıstan təmsilçisi Valentina Georgiyeva qələbə sevincini bölüşüb.
-Yarışlara üç-dörd aydır ki, ciddi hazırlaşıram. Çıxışımdan çox razı qaldım. Bir il yarımdır ki, zədələnmişdim. Bu, mənim zədədən bərpa olunduqdan sonra iştirak etdiyim üçüncü yarışımdır. Dünya kuboku Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından böyük əhəmiyyət kəsb edirdi. Hazırda Olimpiadaya lisenziya qazanmaq şansım yüksəkdir. Dünya kuboku mərhələ yarışlarında uğurla çıxış etmişəm. Misirdə və Almaniyada keçirilən bundan əvvəlki Dünya kuboklarında gümüş medal qazanmışam. Burada isə birinci oldum. Rəqiblərim də kifayət qədər güclü idi. Yarış yüksək səviyyədə təşkil olunub. Hər dəfə Bakıya yenidən gəlmək istəyirəm.