İdman

gimnastikadan

başlayır

“Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıma məqsəd qoymuşdum”

26 mart 2024

“Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıma məqsəd qoymuşdum”

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova təəssüratlarını bölüşüb.
Sevinirəm ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Biz məşqçimlə birlikdə tarix yazdıq və bir ilkə imza atdıq. Bu idman növü ilə məşğul olmağa başladığım dövrdən Olimpiya Oyunlarına lisenziya qazanmağı qarşıma məqsəd qoymuşdum. Bu, mənim uşaqlıq arzum idi. Sevinirəm ki, əziyyətim yerdə qalmadı və arzum həyata keçdi. Ümid edirəm ki, qazandığım nəticə gəncləri də ruhlandıracaq və onlara örnək olacağam. İnanıram ki, gənclərimiz də gələcəkdə bu növ üzrə Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.
Qarşıda məni Avropa çempionatı gözləyir. Orada medal qazanmaq üçün yüksək şanslarım var. Çox istərdim ki, Olimpiada öncəsi yüksək nailiyyət qazanaraq bayrağımızı dalğalandırım.