İdman

gimnastikadan

başlayır

“Paris-2024-ə lisenziya qazanmaq üçün öz üzərimdə çox işləyirəm”

13 mart 2023

“Paris-2024-ə lisenziya qazanmaq üçün öz üzərimdə çox işləyirəm”

Ölkəmizdə idman gimnastikası üzrə keçirilən Dünya kubokunda qadınlar arasında gimnastika tiri proqramda qızıl, müxtəlif hündürlüklü qollar proqramında isə gümüş medal qazanan İtaliya təmsilçisi Ciorcia Villa qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

- Bu yarışa uzun müddət idi ki, hazırlaşırdım. Burada yarışqabağı məşqlər etdik. Arenada məşqlər üçün hərtərəfli şərait mövcuddur. Sevinirəm ki, iki növdə - gimnastika tiri və müxtəlif hündürlüklü qollar proqramında medal qazandım. Gimnastika tirində medal qazanmaq bir qədər çətin oldu. Amma mən bunu bacardım. Paris-2024-ə lisenziya qazanmaq üçün öz üzərimdə çox işləyirəm. Ümid edirəm ki, istəyimə nail olacağam.